Bakıda tıxac yaranıb- SƏBƏB?

13 Mart 2019 08:55 (UTC+04:00)

Bakıda səhər saatlarında baş vermiş yol qəzası tıxaca səbəb olub.

Movqe.az-ın məlumatına görə, hadisə Moskva prospektində qeydə alınıb.

Qəza yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində yaranmış tıxac səbəbindən mərkəzə doğru nəqliyyatın hərəkəti dayanıb.