Nazirlik: Yel çərşənbəsi ilə əlaqədar yandırılan tonqallara düşən 9 nəfər xəsarət alıb

13 Mart 2019 10:12 (UTC+04:00)

Yel çərşənbəsi ilə əlaqədar yandırılan tonqallara düşən 9 nəfər Yanıq Mərkəzinə gətirilib.

Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hər bir xəstəyə ilkin tibbi yardım göstərilib: "Xəsarətləri ağır olmadığına görə evə buraxılıblar".