Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

13 Mart 2019 13:31 (UTC+04:00)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban ƏliyevaRoma Papası Fransisk Həzrətlərinə Tacqoyma Gününün ildönümü münasibətilə təbrik məktubu göndərib.

Movqe.az xəbər verir ki, məktubda Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olması vurğulanır, ikitərəfli əməkdaşlığın dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə, ümumdünya mədəni irsinin qorunmasına gələcəkdə də böyük töhfələr verəcəyinə ümid ifadə edilir.