Prezident Çinin Azərbaycana təmənnasız hərbi yardımını nəzərdə tutan Sazişi təsdiq etdi
4 May 2013 11:58 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il yanvarın 21-də Pekin
şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
və Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq
Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi
yardım göstərilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman
imzalayıb.
Trend-in məlumatına görə, Fərmanda qeyd olunur ki, 2013-cü il
yanvarın 21-də Pekin şəhərində imzalanmış "Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi və Çin Xalq Respublikasının
Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən
Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi
haqqında Saziş" təsdiq edilsin.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci
hissəsində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın
1-ci hissəsində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Çin Xalq
Respublikası tərəfini xəbərdar etsin.