Həbsdən azad edilmiş şəxslər barədə vacib - QƏRAR

14 Mart 2019 09:21 (UTC+04:00)

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturu təsdiqlənib və işçilərinin say həddi müəyyənləşdirilib.

Bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturu təsdiq edilib və işçilərinin say həddi 42 vahid müəyyən olunub.