Qlobal Bakı Forumu istər ölkəmizin istərsə də sülh və sabitlik istəyən ölkələrin milli maraqları baxımından olduqca mühüm dialoq platformasıdır-Deputat

15 Mart 2019 09:37 (UTC+04:00)

“Qlobal Bakı Forumu istər  ölkəmizin  istərsə də sülh və sabitlik istəyən ölkələrin milli maraqları baxımından olduqca  mühüm  dialoq platformasıdır. bu sözləri Movqe.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu söyləyib. O, bildirin ki, Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən  Qlobal Bakı Forumu artıq ənənə halını alıb və əgər  Latviyanın sabiq Prezidenti,  Vayra Vike-Freyberqin ifadəsilə desək dünya liderlərinin bir növ illik görüş yeri  platformasına çevrilib:” Mart ayının 14 –də 7-ci Qlobal Bakı Forumu baş tutdu və hər şeydən öncə iştirakçılığın miqyası və iştirakçıların nüfuzu ilə yadda qaldı .Forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak etdi ki , bu  faktın özü-özlüyündə bir  qiymətləndirmə göstəricisidir .Nəzərə almaq lazımdır ki ,onların içərisində 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər var ki , bunlar büynəlxalq və  milli səviyyəli aktorlar olmaqla hazırda və keçmişdə dünya siyasətinin formalaşmasında söz sahibi olan insanlar olub. Bu fakt isə əslində forumun beynəlxalq nüfuzunun göstəricisi olmaqla həm də Azərbaycana olan münasibətin əyani göstəricisidir . Qlobal Bakı  Forumunun bu ilki gündəliyi olduqca aktual bir mövzuya  “Dünyanın yeni xarici siyasəti”   mövsuzuna həsr olunmuşdu. Bunula yanaşı plenar iclasadan sonra 10 paneldə bu mövzudan doğan daha bir neçə aktual məsələ müzakirəyə təqdim olndu ki , bunalr da Ortaq Şərqdə təhlükəsizlik məsələlərindən başlamış multikulturalizmə qədər , dayanıqlı inkişaf problemindən başlamış gənc nəslin xarici siyasət perespektivlərinə qədər olduqca geniş beynəlxalq spektri əhatə edir.Göründüyü kimi Qlobal Bakı Forumu bir növ beyin fırtınası  metodu ilə siyasi intellektual müstəvidə dünyanın ən yeni çağrışlarının  azad şəkildə müzakirə edildiyi bir platforma rolunu oyanyır. Dəyişən qlobal şərtlər içərisində Azərbaycanın xarici siyasət kursunu şərh edən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti dünyada baş verən proseslrlə üzvi şəkildə bağlı olan anacaq bununla belə həm də müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kimi xarakterizə edərək bildirdi ki , Biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Bu fikirlər Azərbaycanın sülhpərvər siyasətinin bütün dünyaya bir daha bəyan edilməsi idi.Ancaq bu kontekstə Ermənistan Azərbaycan Dağlıq Qarabağ probleminin həllinə toxunan Prezident İlham Əliyev Azərbaycanın qətiyyətli və əzmkar mövqeyini dilə gətirərək Ermənistanın işğalçılıq siyasətini forum iştirakçılarının diqqətinə təqdim edərək bildirdi ki , Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir. Bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb. Status-kvo qəbuledilməzdir. Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır.Bu fikirlər dünyada sülh və dialoq istəyən beynəlxalq mərkəzlər bir çağırış idi . Əgər doğurdan da dünya sülh içində sabitlik isərisində yaşamaq istəyirsə o zaman ikili  standrtalar siyasətinə son qoyulmalı , beynəlxal hüququn tələbləri yerinə gətirilməlidir .Məhz bu istiqamətədə  Azərbaycan tərəfindən həyata keçirlən çoxsaylı qlobal iqtisadi və təhlükəsizlik layihələri , enerji və kommunikasiya layihələri regonda sabitliyi və əməkdaşlığı təmin etməyə hesablanıb ki , bu da həm Avropanın enerji təhlükəsizlyi həm də bütövlükdə subregionun ümümi təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir .Çoxsaylı faydalı tərəfləri olan Qlobal Bakı Forumu istər  ölkəmizin  istərsə də sülh və sabitlik istəyən ölkələrin milli maraqları baxımından mühüm  bir dialoq platforması kimi olamqla bundan sonra da cəlbedici dialoq platforması kimi aktual olaraq qalacaq” .