Baş nazir Novruz Məmmədov parlamentdə hesabat verəcək

15 Mart 2019 09:05 (UTC+04:00)

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Movqe.az-ın məlumatına görə, iclasda Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.

Hesabatı Baş nazir Novruz Məmmədov təqdim edəcək.

Qeyd edək ki, bu, N.Məmmədovun Baş nazir kimi ilk hesabatı olacaq.