Rabitə və İnformasiya Texnologiyaları Nazırliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış aylıq "Elektron Hökumət" bülleteninin beşinci sayı işıq üzü görüb.
Mövqe.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazırliyindən aldığı məlumata görə, bu sayda "Elektron hökumət" portalının – www.e-gov.az yeni tərtibatda istifadəyə verilməsi barədə ümumi məlumat istifadəçilərə təqdim olunub. Nömrədə həmçinin elektron xidmətlərin ölkədə inkişafı və respublikanın sosial-iqtisadi həyatında rolu haqqında danışılır, e-hökumət portalına daxilolmalar və onlardan istifadə üzrə məlumatlar göstərilir.
Bülletenin elektron variantı ilə buradan tanış olmaq mümkündür.