Pedaqoji kadrlar ixtisasartırma kurslarına cəlb olunacaqlar

6 May 2013 11:45 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinindən (BŞTİ) AzərTAc-a bildiriblər ki, kurslar iyunun 1-dən 30-dək davam edəcək. Yay tətili dövründə təşkil ediləcək kurslarda Azərbaycan, rus bölməsi üzrə ibtidai sinif, rus bölməsi üzrə Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, tarix və ictimaiyyət, ingilis, fransız, alman dilləri üzrə, coğrafiya, kimya, biologiya, riyaziyyat, fizika, təsviri sənət, rəsmxətt, musiqi və informatika, fiziki tərbiyə, inklüziv təhsil və defektologiya, texniki əmək, xidmət əməyi, həyati bacarıqlara əsaslanan təlim və iqtisadiyyatın əsasları fənlərini tədris edən müəllimlər iştirak edəcəklər. Həmçinin 50 psixoloq, 50 məktəb kitabxanaçısı və təhsildə innovasiyalar üzrə 500 nəfər ixtisasartırma kurslarına cəlb olunacaq.


Ümumilikdə ixtisasartırma kurslarında 3 min 390 nəfər iştirak edəcək.