Şimali Afrika operatorları Azərbaycan peykinin resurslarından istifadə etməyə başlayıb

6 May 2013 12:06 (UTC+04:00)

May ayından etibarən "Azərkosmos" ASC kommersiya fəaliyyətinə başlayıb.


Mövqe.az-ın məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.


Onun sözlərinə görə, Azərbaycanın ilk milli süni telekommunikasiya peyki olan "Azərspace-1"in resurslarından istifadəsinə artıq başlanılıb və hazırda peykin müəyyən hissəsi Şimali Afrika operatorlarına satılıb: "Əsas məqsədimiz yerli radio və televiziya kanallarının yayımını sputnik vasitəsilə təmin etməkdir ki, artıq texnoloji işlər başa çatdırılıb. Lakin müəyyən müqavilələrin imzalanmasına, eyni zamanda fərdi şəxslərin antenalarının köklənməsi kimi işlərə ehtiyac var".