Yasamalda baş verən yanğında bir nəfər ölüb

18 Mart 2019 10:24 (UTC+04:00)

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.