Misir Mərdanov Mikayıl Cabbarovun nazir təyin edilməsinə münasibət bildirib

6 May 2013 13:10 (UTC+04:00)


Sabiq təhsil naziri Misir Mərdanov Mikayıl Cabbarovun təhsil naziri təyin edilməsinə münasibət bildirib. 


Mövqe.az-ın xəbərinə görə, o, Azərbaycanın yeni təhsil nazirini ilk təbrik edən şəxslərdən biri olub: "Ona yeni vəzifəsində uğur arzulamışam. Mənə elə gəlir ki, o cənab prezidentin etimadını doğruldacaq. Bu işdə ona uğurlar diləyirəm. Hamımız ona kömək etməliyik".