Məşhur aktyor vəfat etdi

19 Mart 2019 20:04 (UTC+04:00)

Bir çox serial və filmlərdə rol alan aktyor Ümit Yesin 65 yaşında vəfat edib. 

Movqe.az Axşam.az-a istinadən xəbər verir ki, aktyorun ölüm xəbərini həmkarı Mustafa Avkıran yayıb. 

"İnsan bir ay içində iki ata itirərmi? İtirərmiş... Səni çox sevirdim, Ümit ata" deyə, aktyor paylaşımında qeyd edib. 

Qeyd edək ki, Ümit "Yeni Gelin", "Cennet mahallesi", "Çiçek Taksi" kimi seriallarda tamaşaçılara tanışdır.