Şokolad haqqında bilmədiklərimiz

6 May 2013 14:05 (UTC+04:00)

Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aparılan araşdırmalar göstərir ki, şokolad qanda laxtalanmanın qarşısını alır və ürək infarktının olmasına əngəl törədir. Sağlamlığımız üçün lazım olan bir çox maddələri bizə verir. Şokoladın tərkibi kalsium, dəmir, sink, mis və bir çox minerallarla zəngindir. 

Bu qida məhsulunun tərkibində olan antioksidantlar xərçəng riskini azaldır, xərçəng xəstələrində isə, bu xəstəliklə mübarizə aparır. Şokoladda olan kalium sinir sisteminə çox faydalıdır. Onu yeyərkən əhval-ruhiyyənin yaxşı olması bundan irəli gəlir. 


Şokoladın tərkibi süddən ibarət olduğundan ona kalsium "anbarı" demək olar. Kalsium isə, sümüklərə çox faydalıdır və yaşlı vaxtlarımızda bizi daha dayanıqlı edir. Şokolad yeyən qadınlar arasında aparılan yoxlamalardan müəyyən olunub ki, şokolad qadınlarda endorfin maddəsinin ( insanın bədənində ağrının azalması üçün beyin neyronları tərəfindən çıxarılan maddədir) ifrazını təmin edir. Bunun  isə, qadınlara 

psixoloji cəhətdən çox xeyri var. Şokolad yüksək təzyiqi olanların da təzyiqini salmaq xüsusiyyətinə malikdir.  


Şokoladın tərkibində olan florid dişlər üçün faydalıdır və dişləri çürümələrdən qoruyur. 


Bu qida məhsulunun tərkibindəki mis orqanizmdəki dəmirin sorulmasına kömək edərək, dəriyə, damarlara, toxumalara faydalıdır. İçərisindəki sink reproduktiv sistemin ( dölyaratma) inkişafına və qorunmasına kömək edir. Şokoladdakı doymuş yağ nisbəti qandakı xolestrinin səviyyəsini aşağı salır. 


Yuxarıda saydıqlarımız şokoladın faydalarından sadəcə bir neçəsiydi. Lakin bunu da qeyd edək ki, həddindən artıq şokolad yemək zərərlidir. Gündə 50 qramdan çox  yeyilmsi məsləhət deyil.