Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçilib

20 Mart 2019 13:56 (UTC+04:00)

Qazaxıstan parlamenti Senatının deputatları ölkənin birinci prezidentinin böyük qızı Dariqa Nazarbayevanı spiker seçiblər.

Movqe.az-ın məlumatına görə, yeni spikerin seçilməsi əvvəlki Senat sədri Kasım-Jomart Tokayevin Prezident vəzifəsinin icrasına başlaması ilə əlaqədardır.

Xatırladaq ki, dünən Nursultan Nazarbayev xalqa müraciətdə Qazaxıstan Prezidenti vəzifəsindən getdiyini açıqlayıb.

Ölkədə prezident seçkilərinin 2020-ci ildə keçirilməsi planlaşdırılır.