Bakı sakinindən tapança və 6 ədəd patron götürülüb

20 Mart 2019 21:14 (UTC+04:00)

Paytaxtın Nəsimi rayonunda əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhər sakini Z.Məmmədov Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Qeyd olunur ki, şəxsi axtarış zamanı ondan “Revolver” tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.