İranda daha bir zəlzələ

6 May 2013 14:51 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İranda daha bir zəlzələ baş verib. İranın cənubunda yerləşən Buşehr nüvə stansiyası yaxınlığında meydana gələn 5.1 böyüklüyündəki zəlzələnin can və ya mal itkisinə gətirib çıxarmadığı ifadə edilib.

Xatırladaq ki, eyni bölgədə ötən ay meydana gələn 6.1 böyüklüyündəki sarsıntı 37 insanın ölümünə səbəb olmuşdu.