Bakı Novruzu böyük təntənə ilə qeyd edir (FOTO)

21 Mart 2019 11:02 (UTC+04:00)

Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı bu il olkəmizin paytaxtı Bakı şəhərində xüsusi təntənə ilə qeyd edir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın tapşırığına əsasən paytaxtın bütün rayonlarında genişmiqyaslı hazırlıq işləri aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Movqe.az-a verilən məlumata görə, işlər çərçivəsində şəhərin meydan və parkları, istirahət məkanları abadlaşdırılıb, burada yaşıllıqlar salınıb, yeni gül və kollar əkilib. Eyni zamanda küçə və prospektlərdə, parklarda, ictimai-iaşə obyektlərində, bir sıra binaların fasadında tərtibat işləri aparılıb, Novruz atributlarının şəkilləri, müxtəlif maketlər, dekorativ bəzək elementləri, gecə işıqlandırılması quraşdırılıb.

Bayramla əlaqədar mart ayının 2-dən etibarən partaxtın bütün rayonlarında Novruz yarmarkaları fəaliyyə başlayib. Bu yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeylu ucuz təklif edirlər.

Əvvəlki illərdən fərqli olaraq bayram günlərində paytaxt sakinləri və şəhərimizin şoxsaylı qonaqlarının istirahət və əylənməsi üçün əlavə tədbirlər görülüb. Paytaxtın əsas istirahət və gəzinti məkanları olan Fəvvarələr və Sevirəm parkları, Sahil bağı, Dənizkənarı Milli Park, İçəri şəhərlə yanaşı bütün rayonlardakı əsas bağlar xüsusi olaraq bəzədilib, burada bir neçə gün davam edən bayram şənlikləri təşkil olunmuşdur. Bu parklarda böyük konsert proqramları, müxtəlif bölgələrdən gəlmiş sənətkarların əl işlərindən ibarət sərgi-satış yarmarkaları təşkil olunub. Sakinlərimiz və şəhərin qonaqlarına zəngin Azərbaycan mətbəxi nümunələri təqdim olunub. Parklar boyunca düzülmüş manqallarda bişirilən müxtəlif kabablar iştirakçılar tərəfindən xüsusi qeyd olunub.

Novruz bayramı başa çatana kimi hər gün axşam saatlarında Fəvvarələr bağı, İçəri şəhərlə yanaşı, Bakının müxtəlif rayonlarındaki parklarda da konsert proqramları təşkil ediləcəkdir. Bayram günləri Nərimanov, Qaradağ, Yasamal, Səbail, Nizami, Nəsimi, Xətai, Binəqədi rayonlarında keçirilən bayram tədbirləri daha möhtəşəm və maraqlı keçib.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın mərkəzində və qəsəbələrində keçirilən bayram tədbirləri xüsusi nəzarətdə saxlanılır, KİV-lər tərəfindən geniş işıqlandırılır.