Bakıda sərnişin avtobusu yanıb

21 Mart 2019 12:04 (UTC+04:00)

Bakıda yanğın qeydə alınıb.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Nəsimi rayonunda “İveco” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.