Masallıda bir qrup gənc Vətən uğrunda canından keçmiş şəhid ailələrini yad ediblər

22 Mart 2019 19:29 (UTC+04:00)

19 mart 2019-cu il tarixdə Masallı rayonunda bir qrup gənc Vətən uğrunda canından keçmiş, Viləş kəndi ərazisindən Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin və Güllütəpə kəndindən Firdovsi Bağırzadənin ailələrini yad ediblər.
Gənclər şəhid Nurlan Əsgərlinin və Firdovsi Bağırzadənin ailəsi ilə həmsöhbət olub, onlara bayram sovqatını təqdim etmişlər.
Könüllü gənclər aprel döyüşlərində şəhid olmuş Nurlan Əsgərlinin və Firdovsi Bağırzadənin ailəsi ilə görüşdükdən sonra onlarınev muzeyi ilə tanış olmuş, Viləş və Güllütəpə kəndlərindəki məzarlarını ziyarət etmişlər.
Görüş zamanı çəhid analarının sözlərinə görə, hələ də övladının yoxluğuna alışa bilmir. Onların yeganə arzusu isə tezliklə torpaqlarımızın azad olunmasıdır.
Şəhid ailələrini qürurlandıran başqa bir məqam isə bayram günlərində onların unudulmamasıdır.
Bəli, bir qrup gənc bayram ərəfəsində şəhid ailələrinin qapılarını döyərək, onlara Novruz sovqatı verib, bayramlarını təbrik ediblər. Bu nəcib addımın təşəbbüskarı da elə şəhid övladıdır - Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raqif Orucovun oğlu Aqşin Orucludur.

Əlihüseyn Şükürov.