Londonda "Brexit"ə qarşı bir milyon nəfərlik yürüş keçirilib

24 Mart 2019 07:00 (UTC+04:00)
Londonda Böyük Britaniyanın Avropa İttifaqından çıxışına dair ikinci referendumun keçirilməsi tələbi ilə şənbə marşı iştirakçılarının sayı bir milyon nəfərə çatıb. Movqe.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə marşın təşkilatçısı olan "People's Vote" fəallar qrupu məlumat yayıb. "Bütün ölkə üzrə bir araya gələn bir milyon marş iştirakçısına çox sağol deyirik", - deyə təşkilatçılar "Twitter"də yazıblar.