Gəncədə faciə - Krandakı beton fəhlənin üstünə düşdü

24 Mart 2019 16:15 (UTC+04:00)
Gəncədə fəhlə iş zamanı xəsarət alıb. Hadisə şəhərin M.Bağırov küçəsində qeydə alınıb. Küçədə kanalizasiya borularının dəyişdirilməsi zamanı kranın qaldırıcısındakı beton piltə sürüşərək Eldar Aydınovun ayağı üstünə düşüb. Nəticədə o, xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.(Report)