Dənizə düşən şəxs xilas edilib

24 Mart 2019 19:30 (UTC+04:00)
Bakıda dənizdə batan şəxs xilas edilib. Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.