Rumıniya səfirliyi niyə Qüdsə köçürür?

24 Mart 2019 21:30 (UTC+04:00)
Ruminiya İsraildəki səfirliyini Təl-Əviv şəhərindən Qüdsə köçürür. Trend-in məlumatına görə, bunu Rumıniyanın baş naziri Viorika Dançile bu barədə məlumat verib. O qeyd edib ki, Donald Trampın ABŞ səfirliyini Qüdsdə açması "rumın xalqını" təsirləndirib. Dançile bildirib ki, İsrail və ABŞ "Rumıniyanın xüsusi strateji tərəfdaşlarıdır". Dançile gələcəkdə Rumıniya və İsrail hökumətlərinin birgə iclasının keçiriləcəyini bildirib.