Qəzəbli nümayişçilər NATO və Aİ bayraqlarını yandırdılar

24 Mart 2019 22:28 (UTC+04:00)
Belqradda keçirilən mitinqdə NATO və Avropa İttifaqının bayraqları yandırılıb. Movqe.az xəbər verir ki, aksiya NATO ölkələrinin 1999-cu ildə Yuqoslaviyaya hərbi müdaxiləsinin 20-ci ildönümünə həsr olunub. Alyans və Aİ bayraqlarının yandırılması aksiyasına Yuqoslaviyada vətəndaş müharibəsi zamanındakı cinayətlərə görə şübhəli qismində 2003-2014-cu illərdə Haaqa türməsində həbsdə olan partiya lideri Voislav Şeşel başçılıq edib.