Bu görünüş üçün 30 əməliyyat keçirib

6 May 2013 16:28 (UTC+04:00)

Yapon model Vanilla bu günə qədər 30 fərqli estetik əməliyyat keçirib. Movqe.Az-ın məlumatına görə, yapon model Vanilla, gerçək bir farfor gözələ bənzəyənə qədər inadınnan dönməyəcəyini söyləyir. Bu günə qədər keçirdiyi 30 əməliyyat üçün 102 min dollar xərcləyib. Vanilla ən böyük arzusunun yaşayan bir farfor gözələ çevrilmək olduğunu söyləyir. Vanilla, növbəti mərhələdə boyunu uzatmağı və sinələrini böyütməyi də planlaşdırır.