Əvvəllər özünü modellikdə sınayıb

6 May 2013 16:48 (UTC+04:00)

İlin ən yaxşı qadın aktrisası seçilən Cennifer Laurensin, aktrisa olmadan əvvəl modelliyi sınadığı xəbəri yayılıb. "Silver Linings Playbook" filminin gözəl ulduzu Cennifer Laurens, aktrisalıq kariyerasına addım atmadan əvvəl modellik edib. Movqe.Az ABŞ qəzetlərindən "Huffington Post"un saytındakı xəbərə istinadən bildirir ki, modellikdə də diqqətləri üzərinə çəkən gözəl aktrisanı fotoqraf Kris Kaufman super model Gisel Bundşenə bənzədib. Laurensdən olduqca təsirlənən Kaufman, gənc aktrisa üçün "Ağlına nə gəlirsə söyləyən biridir. Bu da onu inanılmaz cazibədar edir. Yəqin ki, bir gün bir yerdə axmaqca bir şey söyləyəcək, amma bunun altında əzilməyəcək" sözlərini söyləyib.