Ronaldo zədəsi haqda açıqlama verdi

26 Mart 2019 15:15 (UTC+04:00)

Dünən AÇ-2020-nin seçmə mərhələsinin Serbiya ilə səfər oyununda (1:1) zədələnən Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo vəziyyətindən danışıb.

Movqe.az Goal.az-a 8istinadən yaydığı xəbərə görə, 34 yaşlı hücumçu zədəsinin ciddi olmadığını bildirib:

"Bu zədəyə görə narahat deyiləm. Öz bədənimi tanıyıram. Düşünürəm ki, mənə təxminən 2 həftə vaxt lazımdır. Bundan sonra hər şey qaydasında olacaq".

Qeyd edək ki, Serbiya ilə matçda sol ayaq əzələsini dartan Juventus-un forvardı 30-cu dəqiqədə öz istəyi ilə əvəzlənib.