Komitə sədri İmişlidə vətəndaşlarla görüşəcək

27 Mart 2019 10:13 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovmartın 29-da İmişli şəhərində vətəndaş qəbulu keçirəcək.

Bu barədə Movqe.az-a Komitədən bildirilib.

Məlumata görə, qəbul saat 10:00-da şəhərdəki Heydər ƏliyevMərkəzində keçiriləcək. Qəbulda İmişli rayonu ilə yanaşı Beyləqan, Ağcabədi və Füzuli rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaşlar komitənin fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri, torpaqlardan istifadə qaydaları ilə bağlı müraciət edə bilərlər. 

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105), əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65;

Komitənin Beyləqan ərazi şöbəsi: (021) 246-35-31, 246-40-29;

Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi: (021) 225-33-67, 246-60-85;