“Diqlas” Ticarət Mərkəzində yenidən tüstülənmə başlayıb

27 Mart 2019 10:39 (UTC+04:00)

Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yenidən tüstülənmə başlayıb.

Movqe.az Report-a istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tüstülənmənin qarşısını almağa çalışırlar.

“Tüstülənmə səhərə yaxın başladı və hələ də davam edir”, - yanğınsöndürənlərdən biri bildirib.

Ərazidə FHN-in 3 yanğınsöndürən maşını var.