Dağlıq Qarabağda daha bir erməni əsgər həlak olub

27 Mart 2019 11:05 (UTC+04:00)

Azərbaycanın işğal olunmuş ərazilərində daha bir erməni əsgər həlak olub.

Movqe.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, martın 26-da Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki hərbi hissələrdən birində 1998-ci il təvəllüdlü hərbi qulluqçu Ara Arakelyan ölüb.

Onun hansı şəraitdə öldüyü hələ müəyyən edilməyib. Araşdırma aparılır.