"Vogue": Heydər Əliyev Mərkəzi 2019-cu ilin 8 ən gözəl konsert zalı sırasında yer alıb

27 Mart 2019 15:22 (UTC+04:00)

Bakıdakı Heydər Əliyev Mərkəzi 2019-cu ilin 8 ən gözəl konsert zalı sırasında yer alıb.

Movqe.az-ın məlumatına görə, bu barədə “Vogue” jurnalının reytinqində deyilir.

Jurnalda qeyd olunur ki, 20-ci əsrin sovet memarlıq ənənəsindən uzaqlaşan bina ölkənin yeni memarlıq erasını simvolizə edir.

Mərkəzin məşhur memar Zaha Hadidin şah əsərlərindən biri olduğu diqqətə çatdırılıb.

Siyahıda həmçinin Albert adına London Kral İncəsənət və Elm Zalı, Los Ancelesdə Uolt Disney adına konsert zalı, Sidney Opera teatrı, Parisdə Qarnye sarayı, Hamburqda Elba filarmoniyası, Oslo Opera teatrı və Auditorio de Tenerife yer alıb.