Problemli kreditlərlə bağlı Fərmanın əhatə etdiyi vətəndaşlara SMS göndəriləcək

28 Mart 2019 12:12 (UTC+04:00)

Problemli kreditlərlə bağlı Fərmanın əhatə etdiyi bütün vətəndaşlara SMS göndəriləcək.

Movqe.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Tural Feyzullayev deyib.

“Fəaliyyətdə olan bankların müştəriləri SMS-i həmin banklardan, ləğv prosesində olan bankların, eləcə də bank olmayan kredit təşkilatlarının müştəriləri isə “Azərpoçt” MMC-dən alacaqlar", - deyə T.Feyzullayev qeyd edib.