Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib

28 Mart 2019 12:25 (UTC+04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 28-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə Movqe.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.