"Pomada qadağası" Amerika mediasına da yayıldı

6 May 2013 18:02 (UTC+04:00)
Türk Hava Yollarının (THY) stüardessalar üçün hazırladığı qadağa siyahısı Amerika mediasında əks-səda yaradıb. Xüsusilə pomada və dırnaq boyası istifadə etməyin qadağa edilməsi  ölkədə "islami dəyərləri dəstəkləmə cəhdi" kimi qiymətləndirilib. Movqe.Az-ın məlumatına görə, ölkənin ən mühafizəkar TV kanallarından biri olan "Fox"un etdiyi bu qiymətləndirmədən əlavə, fərqli nəşriyyat orqanlarının internet saytlarına qoyduqları makiyajlı stüardessa fotoşəkillərinin altına "THY stüardessalarını artıq heç vaxt belə görə bilməyəcəksiniz" şərhini qeyd ediblər. Xatırladaq ki, THY-da işləyən 4 minə yaxın qadın stüardessaların, qırmızı və çəhrayı pomada yerinə parladıcılardan istifadə edəcəkləri, saçlarının qulaq üzərindən at quyruğu şəklində və ya toppuz yığacaqları açıqlanıb, bunun nəticəsində də daha sadə bir görünüş əldə edəcəkləri bildirlib.