Nazirin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

28 Mart 2019 15:20 (UTC+04:00)

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinləri ilə sabah, saat 12:00-da Şabranda baş tutmalı olan görüşünün vaxtı dəyişdirilib. 

Bu barədə Movqe.az-a nazirlikdən bildirilib. 

Məlumata görə, buna səbəb martın 29-da Şabran şəhərində dövlət əhəmiyyətli tədbirin keçiriləcəyidir. Odur ki, nazirin vətəndaş qəbulu aprelin 5-də olacaq.