Deputatlar bu gün toplaşır

29 Mart 2019 10:41 (UTC+04:00)

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Movqe.az-ın məlumatına görə, iclasda Milli Məclisin İnsan hüquqları komitəsinə yeni üzvün seçilməsi məsələsi, İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, Vergilər Məcəlləsinə, Cinayət Məcəlləsinə, "Sığorta fəaliyyəti haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Konstitusiya Məhkəməsi haqqında" , "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 25 məsələ daxildir.