Gəncənin keçmiş polis rəisi DİN-də yüksək vəzifəyə təyin olunub

29 Mart 2019 12:37 (UTC+04:00)

Daxili işlər orqanlarında yeni təyinat olub.

Movqe.az-ın xəbərinə görə, polis polkovniki Faiq Şabanov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Şabanov 2013-2018-ci illərdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.