Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri arasında görüş başlayıb

29 Mart 2019 14:57 (UTC+04:00)

Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Movqe.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələləri müzakirə olunur.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn prinsiplərinə uyğun Dağlıq Qarabağ münaqişəsinin mövcud format əsasında həllini dəstəkləyir.