Bəzi Avropa ölkələri fəal əhalinin 20 faizini itirə bilər

29 Mart 2019 19:00 (UTC+04:00)
Avropanın cənub-şərqində yerləşən ölkələr əmək qabiliyyətli əhalinin kəskin azalması ilə üzləşib və bu tendensiya davam edəcək. Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Vyana Beynəlxalq İqtisadiyyat Elmləri İnstitutunun dərc etdiyi araşdırma məqaləsində bildirilir. Məqalədə deyilir ki, Rumıniya, Bolqarıstan, Xorvatiya, Polşa, Latviya və Ukrayna 2045-ci ilə kimi əmək qabiliyyətli əhalinin 20 faizini itirə bilər. Hazırda Avropa ölkələrinin çoxu əhalinin, o cümlədən işçi qüvvəsinin və mütəxəssislərin kəskin azalması ilə üzləşib.