Polşa radiosu Azərbaycan barədə veriliş hazırlayıb

30 Mart 2019 09:35 (UTC+04:00)

MÖVQE xəbər verir ki, “Cənubi Qafqazda polyak izləri” adlı verilişdə 120 il əvvəl Bakıda neft emalının başlanması ilə bağlı oraya işləməyə gedən polşalı mütəxəssislərdən bəhs olunub.

Mixail Fedusionun verilişində Azərbaycan və dünyada neft emalında inqilab yaradan polşalı mütəxəssis Vitold Zqleniski barədə danışılıb. Bildirilib ki, mühəndis dünyada ilk dəfə olaraq məhz Bakıda dənizdə neft platforması vasitəsilə neftin çıxarılması layihəsinin müəllifidir. Verilişdə, həmçinin Azərbaycanın neft sahəsindəki uğurları və iqtisadi inkişafı ilə bağlı müsbət fikirlər səsləndirilib.