Nardaran sakinindən narkotik vasitə götürülüb

31 Mart 2019 09:30 (UTC+04:00)

Nardaran sakinindən narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Əlizamanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq çəkisi 1 kiloqram 250 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.