Masallıda “Zərərli vərdişlərə yox deyək” mövzusunda konfrans keçirilib

30 Mart 2019 19:19 (UTC+04:00)

29 mart 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində yeniyetmə və gənclərin zərərli vərdişlərdən , narkomaniyadan uzaqlaşdırılması məqsədilə “Zərərli vərdişlərə yox deyək” mövzusunda konfrans keçirilib
Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ilk öncə tədbir iştirakçılarını salamlamış və İdarə tərəfindən mütəmadi olaraq yeniyetmə və gənclərin zərərli vərdişlərdən, narkomaniyadan uzaqlaşdırılması məqsədilə keçirilən bu cür maarifləndirici tədbirlərinin əhəmiyyətindən söz açaraq bildirdi ki, zərərli vərdişlərin, xüsusilə narkomaniyanın profilaktikasında ən səmərəli vasitə gənclərin asudə vaxtının təşkilidir. Bu prosesdə idmanın əhəmiyyəti şəksizdir. Gənclərimizin asudə vaxtının səmərəli təşkili məqsədilə dövlət başçımız cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın bölgələrində Olimpiya İdman kompleksləri inşa olunmuş, idman zalları və meydançaları yaradılmış və yenidən qurulmuş, rayonlarda gənclərə sosial xidmət göstərən “Gənclər Evləri” tikilərək gənclərin istifadəsinə verilmişdir. 
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti A.Abbaszadə, rayonun fəal gənclərindənT.Əhmədov və başqaları çıxış edərək, zərərli vərdişlərə qarşı mübarizə hər bir vətəndaşın qarşısında duran ən böyük sosial və tibbi problemdir. Əmək qabiliyyətinin itirilməsinə, ailənin dağılmasına, insanın mənəvi tələbatının və iradi keyfiyyətlərinin itməsinə gətirib çıxara bilər. Zərərli vərdişlərə düçar olmuş adamlar tədricən insanlıq simasını tamamilə itirirlər. Özlərinin əhatəsində olan adamlara mənəvi zərbə vururduqlarını bildirdilər 
Sonda tədbir iştirakçılarına müzakirə olunan məsələ ilə bağlı müzakirələr aparıldı.
                                                         

 Əlihüseyn Şükürov.