Azərbaycan Ordusunun mövqeləri bütün cəbhə boyu atəşə tutulub

7 May 2013 11:00 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Füzuli rayonunun Horadiz, Ağdam rayonunun Qaraqaşlı, Şirvanlı, Mərzili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.