Fəttah Heydərov: “Heydər Əliyev XX əsrin ən dahi insanlarından biri idi”

7 May 2013 13:55 (UTC+04:00)

Mövqe.az-ın çəlumatına görə, bunu millət vəkili Fəttah Heydərov deyib.

 

O bildirib ki, bütün həyatı boyu H.Əliyev yalnız və yalnız Azərbaycan insanının yaxşı yaşaması üçün çalışıb: "Heydər Əliyev yolu xalqımız üçün ən işıqlı yoldur. Hələ sovetlər dönəmində Heydər Əliyev bugünkü müstəqilliyimizin əsaslarını qoyub. Ermənilər o dönəmdə Azərbaycan torpaqları ilə bağlı arzularını həyata keçirə bilmədilər. Heydər Əliyev nə qədər ki, Azərbaycana rəhbərlik edib, Azərbaycan inkişaf edib. Gəlin Heydər Əliyevli Azərbaycanla Heydər Əliyevsiz Azərbaycanı müqayisə edək. Heydər Əliyev Azərbaycanda olmayanda ölkə torpaqlarının 20 faizini itirib, Xocalı faciəsini yaşamışıq. Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf edib, dünya dövlətləri arasında layiqli yer tutub".

 

Fəttah Heydərov qeyd edib ki, bu mübarizə Heydər Əliyevin səhhətinə təsirsiz ötüşməyib: "Bu gün Heydər Əliyev yolunu varisi, əziz övladı İlham Əliyev davam etdirir. Ulu öndər ölməzdir, yenə də bizimlədir".