TQDK V siniflərdə keçirilən monitorinq imtahanlarının nəticələrini iyunda elan edəcək

7 May 2013 16:10 (UTC+04:00)

Mövqe.az-ın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Komissiya sədri bildirib ki, nəticələr elan olunduqdan sonra Təhsil Nazirliyinə təqdim ediləcək: "İmtahandan sonra həmin yazı işlərini yoxlamaq üçün "marker" adlanan müəllimlər hazırlanıb. Bu proses, kitabçaların yoxlanması isə bir günün işi deyil. Minlərlə şagird bu imtahanlarda iştirak edib. Ona görə də nəticələrin yoxlaması prosesi heç olmasa 1 ay çəkəcək".

 

TQDK sədri qeyd edib ki, bütün ölkə üzrə keçirilən imtahanlar başa çatdıqdan sonra həm XI, həm də IX siniflər üzrə nəticələri Təhsil Nazirliyinə təqdim ediləcək.