Xüsusilə uşaqlar üçün hazırlanan plakatlar

7 May 2013 16:55 (UTC+04:00)

İspaniyada uşaq istismarının qarşısını almaq məqsədiylə asılan plakatlar yalnız 10 yaşdan aşağı uşaqların boyundan baxıldığında görülür. Movqe.Az-ın məlumatına görə, səlahiyyətlilər asılan plakatlarla uşaqların yardım xəttinə zəng vurmağı təmin etmək üçün bu kampaniyanı yaratdıqlarını deyiblər. Plakatlara yalnız uşaqlar baxarkən tam olaraq aydın görünür. Kampaniyanı reallaşdıran İspaniyanın xeyriyyə təşkilatının rəsmilərinin verdikləri məlumatda, "Uşaqlar baxdıqları zaman, "Əgər biri sənə zərər verirsə bizə zəng vur, sənə kömək edəcəyik" mesajını görə biləcəklər" deyib. Bu kampaniya ilə uşaqlara kömək edə biləcəklərinə inandıqlarını ifadə edən səlahiyyətlilər, "Bu lupa sistemini yalnız 10 yaşdan aşağı uşaqların görə biləcəyi şəkildə nizamladıq" deyib.