10 il əvvəl itən 3 gənc qadın tapıldı

7 May 2013 20:20 (UTC+04:00)

ABŞ-ın Ohio əyalətində 10 il əvvəl itən 3 gənc qadın tapıldı. Movqe.Az-ın məlumatına görə, Kleveland polis məmuru Maykl MakQres, şəhərin cənubundakı bir evə təşkil edilən əməliyyatda Amanda Berri, Gina DeCesus və Mişel Naytı illərdir əsir saxlayan 3 qardaşın tutulduğunu açıqlayıb. MakQres, 50, 52 və 54 yaşlarındakı qardaşlardan birinin məktəblərdə avtobus şoferi olaraq çalışdığını bildirib. Qardaşların evdə olmadığı zaman yuxarı mərtəbəyə çıxmağı bacaran Berrinin qapını yumruqlayaraq kömək istədiyi, bir qonşunun qapını qıraraq gənc qadını xilas etdiyi öyrənilib. Bələdiyyə başçısı Frank Cekson, fermada edilən axtarışda 6 yaşında bir qız uşağının da olduğunu söyləyib. Cekson, uşağın əsir tutulan Berriyə aid olduğunu bildirib. Xəstəxanaya aparılan gənc qadınların sağlamlıq vəziyyətinin yaxşı olduğu və ailələri ilə görüşdükləri açıqlanıb.