"Iron Man 3" rekorda addımlayır

7 May 2013 21:12 (UTC+04:00)

"Iron Man 3" filmi nümayişə girdiyi ilk həftəsində 175 milyon dollar hasilat əldə edib. Movqe.Az-ın məlumatına görə, üçüncü dəfə tamaşaçıyla görüşən fantastik-macəra janrındakı "Iron Man-3" filmi, nümayişə girdiyi həftənin sonunda ABŞ-da 175 milyon dollar hasilat əldə edib. Rejissorluğunu Şeyn Blekin etdiyi filmin baş rollarında Robert Douney, Samuel L. Cekson, Gvinet Peltrou iştirak edir. ABŞ-da bu il ən çox izlənilən filmlər arasında ən üst sıraya yerləşən film, nümayişə girdiyi ilk həftədə ölkədə 175 milyon qazancla keçən il nümayişə girən və 200 milyon dollar hasilat edən "The Avengers" filmindən sonra gəlir. Kino tarixinə baxıldığında "Pain & Gain" filmi iki həftədə 33,"42" filmi dörd həftədə 78, "Oblivion" 3 həftədə 75, "The Croods" 7 həftədə 168, "The Big Wedding" iki həftədə 14, "Identity Thief" 13 həftədə 133, "Silver Linings Playbook" isə 25 həftədə 131 milyon dollar hasilat edib.