Polis evdən oğurluq edən şəxsin görüntüsünü yaydı - FOTO

13 Aprel 2019 22:23 (UTC+04:00)

Tovuz şəhərində evlərin birində oğurluq hadisəsi baş verib.

Bununla bağlı DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Faktla bağlı Tovuz RPŞ-də cinayət işi başlanılıb. 

 

Təhlükəsizilik kamerasından götürülmüş fotoşəkildə görünən şəxs oğurluğu törətməkdə şübhəli bilinir.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tovuz Rayon Polis Şöbəsinə və (022) 315-00-34(055) 333-93-93şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.